Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır
02.10.2026 [18:52]
Xəbərin mətni
Xırdabuynuzlu heyvandarlıq təsərrüfatları üçün verilən subsidiya örüş sahələrinin yaxşılaşdırılmasına yönəlib. Sadəcə qanunvericilikdə birbaşa örüş sahəsinə subsidiyanın verilməsi mümkün olmadığı üçün bu vəsait heyvanların baş sayına görə verilir. Örüş sahələrinin yaxşılaşdırılması ciddi maliyyə vəsaiti tələb edir. Ona görə də bu layihə 500 baş və daha çox heyvanı olan təsərrüfatlar üçün nəzərdə tutulur ki, onların xərclərinin bir qismi dövlət tərəfindən maliyyələşdirilsin. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Saatlı rayonunda baş tutan pambıq yığımı ilə bağlı jurnalistlərə açıqlaması zamanı deyib.