Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib
05.10.2026 [15:46]
Xəbərin mətni
Beş ilə yaxındır Aqrar Biznes Festivalları keçirilir və son illərdə sayı artırılıb. Bu festivalların əsas məqsədi texnologiyaları, toxumları, gübrələri, aqrar sahədə istifadə olunan innovasiyaları fermerlərə daha yaxın gətirmək və fermerləri bununla tanış etməkdir. Eyni zamanda aqrar məhsulların satışını təşkil etməkdir. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlaması zamanı deyib.