Azərbaycan Dövlət İnformasiya Agentliyi

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb

05.10.2026 [16:04]

Xəbərin mətni

Ağdam şəhərindəki ikinci yaşayış kompleksində, Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində əhalinin məskunlaşması həyata keçirilib. Hazırda Ağdam rayonunda ümumilikdə 2000-dən çox ailə yaşayır. Onlardan təxminən 932 ailə Ağdam şəhərində, 1110 ailə isə üç kənddə məskunlaşıb. Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlaması zamanı deyib.