Azərbaycan Dövlət İnformasiya Agentliyi

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib

05.10.2026 [16:30]

Xəbərin mətni

Uzun illər ərzində Oxçuçayın su keyfiyyəti Ermənistanın Qafan ərazisində yerləşən Qacaran mis-molibden kombinatının fəaliyyəti və tullantıları nəticəsində ciddi şəkildə pisləşmişdi. 2020-ci ildə torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazidən su nümunələri götürüldü və biz bu məsələni BMT tribunasından və digər beynəlxalq təşkilatlarda dəfələrlə gündəmə gətirdik. Bu sözləri "Environmental Protection First” Koalisiyasının üzvü Amin Məmmədov Ermənistan ərazisində həyata keçirilən dağ-mədən sənayesi və digər fəaliyyətlərin Qafqaz regionunun ətraf mühitinə təsirlərinə həsr olunmuş brifinqdə söyləyib.