Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05.10.2026 [21:39]

Xəbərin mətni

Aqrar sektora dövlət dəstəyi sahəsində Naxçıvana fərqli yanaşma mövcuddur və muxtar respublikada bu sektorun inkişafı məqsədilə işğaldan azad olunmuş bölgələrlə birgə fərqli əmsallarla dövlət dəstəyi təmin olunur. İntensiv meyvə bağları, eləcə də bitkiçilik və heyvandarlıq istiqamətində fərqləndirilmiş əmsallar tətbiq edilir. Misal üçün, intensiv üzüm bağlarının hər hektarına Naxçıvanda 12 min 500 manat subsidiya nəzərdə tutulur, hansı ki, ölkənin digər rayonlarında bu məbləğ 8000 manat həcmindədir. Bunu AZƏRTAC-a və AZTV-yə eksklüziv müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib.