Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol
06.10.2026 [17:59]
Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına gedən yol üç mərhələni əhatə edir. Belə ki, 2020-ci il 27 sentyabr – 10 noyabr tarixlərini əhatə edən Vətən müharibəsi Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Lakin 10 noyabr tarixli Birgə Bəyanat ilə proses başa çatmadı. Ermənistanın bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməməsi, ərazilərimizdə təxribatlar törətməsi, mövqelərimizi atəşə tutması antiterror əməliyyatını labüd edirdi. Beləliklə, 2023-cü il sentyabrın 19-da başlayan və bir sutka davam edən antiterror tədbirləri Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa etməsi ilə nəticələndi. Bununla da, torpaqlarımız qeyri-qanuni hərbi birləşmələrdən təmizləndi.