Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir

07.10.2026 [12:26]

Xəbərin mətni

Dünyanın müxtəlif bölgələrində baş vermiş münaqişələr yüz minlərlə insanın taleyinin naməlum qalmasına səbəb olub, ailələr və icmalar üçün dərin iztirablar yaradıb. Latın Amerikasından Balkanlara və Qafqaza, daha yaxın dövrdə isə Ukrayna, Qəzza və Sudana qədər itkin düşmüş şəxslər münaqişələrin ağrılı nəticələrindən biri olaraq qalır. Bunu Türkiyə Böyük Millət Məclisinin üzvü, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda çıxışı zamanı deyib.