Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq

07.10.2026 [12:30]

Xəbərin mətni

Təəssüf ki, biz qeyri-sabitliyin getdikcə artdığı bir dövrdə yaşayırıq. Münaqişələr artır. Təəssüf ki, etimad azalır. Dünya getdikcə parçalanır. Çox vaxt dialoqun yerini ittihamlar və ya təhdidlər tutur. Bunu Moldovanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Kiril Qaburiç Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda çıxış edərkən deyib.