Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir
07.10.2026 [13:31]
İtkin düşmüş şəxslər məsələsinin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi, xüsusilə əhəmiyyətlidir. Ailələr üçün cavabların tapılması həm də hakimiyyət orqanlarının və təşkilatların birlikdə işləmək, etibarlı məlumatları bölüşmək və səylərini əlaqələndirmək imkanlarından asılıdır. Etimad əməkdaşlıq və real irəliləyiş əldə etmək üçün vacibdir. Bunu Beynəlxalq Humanitar Hüquq İnstitutunun baş katibi Gian Luka Beruto Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda çıxışı zamanı deyib.