Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH
07.10.2026 [13:58]
Xəbərin mətni
Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın dağ-mədən sənayesinin əsas potensialının formalaşdığı ərazilərdir. İqtisadçı-ekspert Xalid Kərimli AZƏRTAC-a açıqlamasında bildirib ki, bu ərazilərin uzun müddət erməni işğalı altında qalması Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə, eyni zamanda, həmin resurslardan uzun müddət istifadə edilməsinin mümkünsüzlüyünə səbəb olub.