Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır
07.10.2026 [15:11]
Coğrafiya və tarix, həmçinin ağrı və acı üçün pasport yoxdur. Hamımız eyni hissləri yaşayırıq. Bir insan ailə üzvü dünyasını dəyişəndə və ya onun harada olduğunu tapa bilməyəndə keçirdiyimiz kədər hamımız üçün eynidir. Perunun Ayakuço şəhərində ürəyində kədər daşıyan bir ananın yaşadığı ağrı ilə Azərbaycanda yaşayan bir ananın ağrısı eynidir. Məhz buna görə bu gün burada bir araya gələn 77 ölkə eyni böyük öhdəliyi bölüşür. Bu, unutmağa müqavimət göstərmək və həmin ailələr üçün cavab axtarmaq öhdəliyidir. Bu fikirləri Peru parlamentinin üzvü Marleni Valensiya İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu formatında IV beynəlxalq konfrans çərçivəsində keçirilən plenar sessiyada çıxış edərkən deyib.