Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir
07.10.2026 [15:16]
Xəbərin mətni
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) hazırda itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir. Hər işin arxasında da qeyri müəyyənliklərlə yaşayan ailələr var. Bunu BQXK-nın Mərkəzi Axtarış Agentliyinin rəhbəri Kristian Rivye Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfrans çərçivəsində keçirilən plenar sessiyada çıxış edərkən deyib.