Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır

07.10.2026 [15:26]

Xəbərin mətni

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusu münaqişələrin ən uzunmüddətli humanitar nəticələrindən birinə birbaşa toxunur. İtkin düşmə nəticəsində yaranan iztirab şəxsin yoxa çıxması ilə bitmir. Ailələr üçün qeyri-müəyyənlik çox vaxt illərlə, bəzən isə onilliklərlə davam edir. Onlar yaxınlarının taleyi və harada olması ilə bağlı cavabsız suallarla yaşamağa davam edirlər. Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Məcburi və ya Məcburi Olmayan İtkinlər üzrə İşçi Qrupunun üzvü Məhəmməd Al Obaidi Bakı Dialoqu formatında IV beynəlxalq konfrans çərçivəsində keçirilən plenar sessiyada çıxış edərkən deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI