Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ

07.10.2026 [20:39]

Xəbərin mətni

Naxçıvanda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, xüsusilə suvarma, su təminatının yaxşılaşdırılması və əkin sahələrinin genişləndirilməsi 2027-ci ilin məhsulu üçün payızlıq taxıl mövsümünə hazırlığa da müsbət təsir göstərir. Muxtar respublikanın rayonlarında torpaqların şumlanması, əkin və suvarma işləri davam etdirilir, fermerlər mövcud imkanların əvvəlki illərlə müqayisədə yaxşılaşdığını bildirirlər. Qarşıya qoyulan hədəflər yalnız əkin sahələrinin artırılmasını deyil, həm də məhsuldarlığın yüksəldilməsini və müasir aqrar texnologiyaların tətbiqinin genişləndirilməsini nəzərdə tutur. Bu baxımdan Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində qarşıya qoyulmuş hədəflərin Naxçıvanda da icrası istiqamətində tədbirlər davam etdirilir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI