Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
07.10.2026 [22:00]
Xəbərin mətni
Final görüşündə zəif çıxış etdiyim üçün qızıl medalı əldən verdim. Nəticə hər şeyi aydın şəkildə ortaya qoyur, əlavə sözə və ya bəhanəyə gərək yoxdur. İkinci yeri tutdum və özümə başqa qiymət verə bilmərəm. Görüşdə sadəcə rəqibimdən zəif idim, başqa heç bir səbəb yoxdur. AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən dünya çempionatında gümüş medal qazanan Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kiloqram) jurnalistlərə açıqlamasında deyib.