Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər
08.10.2026 [16:18]
Xəbərin mətni
Kolumbiyanın təcrübəsi göstərir ki, itkin düşmüş şəxslərin axtarışı sülhə keçid şəraitində etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər. Eyni zamanda, həqiqətin üzə çıxarılması və zərərçəkmişlərin tanınması barışıq prosesinə və davamlı sülhün möhkəmləndirilməsinə mühüm töhfə verir. Bu fikirləri Kolumbiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Yesid Andres Serrano Bakı Dialoqu formatında IV beynəlxalq konfransın ikinci günündə keçirilən "Sülh proseslərində itkin şəxslər məsələsinin həlli: humanitar əməkdaşlıq və etimadın yaradılması" adlı panel sessiyada çıxış edərkən səsləndirib.