Azərbaycan Dövlət İnformasiya Agentliyi

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

08.10.2026 [16:19]

Xəbərin mətni

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsi olan Qarabağ bir zamanlar işğal altında olub və dağıdılıb. Bu gün isə Qarabağ azadlığın nemətindən bəhrələnir. Azərbaycan hökumətinin səyləri nəticəsində hazırda Qarabağda infrastrukturun bərpası, zəruri xidmət və obyektlərin, eləcə də sakinlərin rifahının təmin olunması məqsədilə genişmiqyaslı yenidənqurma, dirçəliş və inkişaf işləri həyata keçirilir. Məcburi köçkünlər öz evlərinə qayıdır, icmalar yenidən qurulur və region yeni bir mərhələyə – sülh, sabitlik və inkişafa doğru irəliləyir. Bunlar mühüm inkişaflardır. Lakin sülh müharibənin insanlara vurduğu nəticələri aradan qaldırmır. Bunu Malayziyanın Beynəlxalq İslam Universitetinin professoru Mohammad Naqib Eishan Jan Bakı Dialoqu formatında IV beynəlxalq konfransın ikinci günündə keçirilən "Sülh proseslərində itkin şəxslər məsələsinin həlli: humanitar əməkdaşlıq və etimadın yaradılması" adlı panel sessiyada çıxış edərkən deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI