Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır
08.10.2026 [18:51]
Xəbərin mətni
İsmayıllının Lahıc qəsəbəsinə qədəm qoyarkən dar daş küçələrdən ucalan çəkic səsləri ilk andaca insanının diqqətini cəlb edir. Bu, təkcə sənətkarlıq emalatxanalarından gələn sadə iş ritmi deyil — əsrlərdir qorunub saxlanılan, nəsildən-nəslə ötürülən zəngin bir irsin sədasıdır.