Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm

08.10.2026 [22:07]

Xəbərin mətni

Bu yarış ən böyük turnirlərdən biri olduğu üçün çox ağır keçdi. Komanda olaraq hər bir idmançı çox yaxşı hazırlaşmışdı, çünki 5-6 ay bizim ağır hazırlıq prosesimiz getdi. Şükürlər olsun ki, hamımız yaxşı çıxış elədik və hər gün medal götürdük. İndi daha iki günümüz var. Ümid edirəm ki, medal sayını artıracağıq. AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanan Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kiloqram) jurnalistlərə açıqlamasında deyib.