Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır
09.10.2026 [14:24]
Xəbərin mətni
Bakının artıq konfranslarımızın keçirildiyi şəhərlər siyahısına daxil edilməsinə çox sevinirik. Bu möhtəşəm konfransda iştirak etmək bizim üçün çox vacibdir. Dünyanın müxtəlif ölkələrindən və fərqli hüquq sistemlərindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək üçün bu cür tədbirlərin keçirilməsi hər zaman böyük əhəmiyyət daşıyır. Bu fikirləri jurnalistlərə müsahibəsində Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) vitse-prezidenti Federiko Kamurati deyib.