Azərbaycan Dövlət İnformasiya Agentliyi

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir

09.10.2026 [16:22]

Xəbərin mətni

Məktəb həyatına başlayan uşaqlar üçün yeni mühitə uyğunlaşmaq, dərs rejiminə alışmaq və müəyyən edilmiş qaydalara əməl etmək ilkin mərhələdə çətinlik yarada bilər. Xüsusilə, altı yaşlı uşaqların uzun müddət eyni yerdə oturması, diqqətini dərsə yönəltməsi və hərəkətlərini məhdudlaşdırması onların gündəlik həyatında ciddi dəyişiklik deməkdir. Buna görə də ibtidai siniflərdə tədris prosesi qurularkən uşaqların yaş xüsusiyyətləri nəzərə alınmalı, məktəb qaydalarına alışmaları tədricən təmin edilməlidir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində 276 nömrəli məktəbin ibtidai sinif müəllimi Mədinə İsrafilova deyib.