VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir
09.10.2026 [17:23]
Xəbərin mətni
Zəngin tarixi ənənələrə söykənən hüquq sistemimiz müasir prinsiplərə, beynəlxalq standartlara və cəmiyyətin dəyişən ehtiyaclarına uyğun olaraq inkişaf edir. Bu gün həmin inkişaf süni intellekt, məlumatların qorunması və rəqəmsal hüquqlar kimi yeni sahələri də əhatə edir ki, bu da texnologiya və innovasiyanın hüquq peşəsində getdikcə artan əhəmiyyətini əks etdirir. Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Bakıda keçirilən Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransı - "EYBA Autumn Conference 2026"nın iştirakçılarına videomüraciətində bildirib.