Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir

09.10.2026 [21:16]

Xəbərin mətni

İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi aparmaq, qarşılıqlı dəstək göstərmək və səyləri birləşdirmək çox vacibdir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçısı, Keniyanın Milli Polis Xidmətinin İnzibati Polis Xidməti üzrə Baş müfəttişinin müavini Gilbert Masengeli deyib.