Azərbaycan Dövlət İnformasiya Agentliyi

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

10.10.2026 [18:49]

Xəbərin mətni

Torpaq ustanın əllərində sanki yenidən doğulur. Əvvəlcə adi palçıq təsiri bağışlayan bu qarışıq səbir, zəhmət və ustalıqla yoğurulduqca tədricən özünəməxsus forma alır. Hər toxunuş, hər döyüntü gələcək təndirin möhkəmliyinə hesablanır. Burada tələskənliyə yer yoxdur – nəticəyə aparan yol səbirdən və illərin təcrübəsindən keçir.