Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir

12.10.2026 [16:50]

Xəbərin mətni

Azərbaycan İslam dünyasında, o cümlədən yaxın Şərqdə həm dünyəvi dövlətçilik modelini, həm də dini inancları uzlaşdıran nadir bir dövlətçilik modeli qurub. Biz vətəndaş cəmiyyəti olaraq bu dövlətçilik modelini qoruyuruq. Azərbaycan dövləti və xalqı bu dünyəvi dövlətçilik modeli uğrunda uzun əsrlərdir ki, mübarizə aparır. Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli deyib.