Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir

12.10.2026 [17:31]

Xəbərin mətni

Azərbaycan nəinki regional, hətta qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdən biridir. Təbii ki, bu reallıq ölkəmizə qarşı qərəzli mövqedə olan müəyyən qüvvələri narahat edir. Son günlər müşahidə olunan ideoloji təxribatlar, sosial şəbəkələrdə və digər media platformalarında Azərbaycan əleyhinə, həqiqətləri təhrif edən təbliğatın aparılması da bunun bariz nümunəsidir. Azərbaycan ziyalıları dövlətimizin yanında olduqlarını əməldə nümayiş etdirir və bu cür təxribatlara qarşı birgə mübarizə aparmaq əzmindədirlər. Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev “Dezinformasiyaya qarşı ictimai həmrəylik: QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi” mövzusunda keçirilən ictimai müzakirədə səsləndirib.