Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər

12.10.2026 [17:39]

Xəbərin mətni

Azərbaycan xalqını təbrik edirəm. Doğrudan da, doğma divarlar arasında çox möhtəşəm uğurlar əldə etdik. Vətəndə güləşmək bir tərəfdən rahat, digər tərəfdən isə çox çətindir. Rahatdır, azarkeşlərimiz yanımızdadır. Çətinliyi isə ondadır ki, idmançılarda müəyyən narahatlıq yaranır. Azarkeşləri, yaxınlarını tribunada görürlər və bu da onlar üçün müəyyən təzyiq yarada bilir. Bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.