Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır

15.10.2026 [12:56]

Xəbərin mətni

Tarixi və milli yaddaşın gələcəyə ötürülməsində yeni mərhələyə qədəm qoyulub. Əvvəllər milli yaddaşı, şüuru və kimliyi formalaşdıran əsas vasitələr kitablar, salnamələr, arxivlər və arxeoloji tapıntılar idisə, hazırda sosial şəbəkələr və rəqəmsal mühit də bu prosesdə mühüm rol oynayır. Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu Xəzər İnşaat Həftəsinin ikinci günündə “Rebuild Garabagh” - 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi çərçivəsində Qarabağ Dirçəliş Fondu tərəfindən təşkil olunan “Qarabağ həqiqətləri: Rəqəmsal medianın imkanları və sosial təsiri” mövzusunda panel müzakirədə deyib.