Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir
15.10.2026 [14:08]
Xəbərin mətni
Azərbaycanda gənclərin 90 faizi informasiyanı sosial şəbəkələrdən alır. Bununla belə, Azərbaycan əhalisinin 60 faizdən çoxu sosial şəbəkələrdən aldığı məlumatların, sadəcə, izləyicisidir. Bunu Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli Xəzər İnşaat Həftəsinin ikinci günündə “Rebuild Garabagh” - 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi çərçivəsində Qarabağ Dirçəliş Fondu tərəfindən təşkil olunan “Qarabağ həqiqətləri: Rəqəmsal medianın imkanları və sosial təsiri” mövzusunda panel müzakirədə deyib.