Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir

15.10.2026 [18:05]

Xəbərin mətni

Müasir dövrdə rəqəmsal texnologiyalar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Xüsusilə məktəblilərin smartfonlara və sosial şəbəkələrə marağının artması təlim prosesində ənənəvi oxu vərdişləri ilə rəqəmsal imkanlar arasında düzgün tarazlığın yaradılmasını zəruri edir. Kitab oxumaq şagirdlərin oxuyub-anlama bacarıqlarının, təfəkkürünün və təhliletmə qabiliyyətinin inkişafında mühüm rol oynasa da, yeni texnologiyalardan tamamilə uzaq qalmaq da müasir təhsilin tələbləri ilə uzlaşmır. Bu fikirləri AZƏRTAC-a müsahibəsində 276 nömrəli məktəbin ibtidai sinif müəllimi Könül Qurbanova deyib.