Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır

16.10.2026 [11:24]

Xəbərin mətni

Aqrar transformasiyanın uğuru yeni texnologiyaların tətbiqi ilə yanaşı, fermerlərin bilik və bacarıqlarının artırılmasından, müasir həllərə çıxışın genişləndirilməsindən və kiçik təsərrüfatların innovasiyalardan faydalanmasından asılıdır. Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılması, kənd yerlərində həyat səviyyəsinin yüksəldilməsidir. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov 16 Oktyabr- Ümumdünya Qida Gününə həsr olunmuş "Bu gün innovasiya et, sabahın qidasını təmin et” adlı tədbirdə çıxış edərkən deyib.