Azərbaycan Dövlət İnformasiya Agentliyi

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur

16.10.2026 [12:37]

Xəbərin mətni

Son illərdə Azərbaycanda qida təhlükəsizliyi sahəsində mühüm işlər görülüb və beynəlxalq səviyyədə əhəmiyyətli nəticələr əldə olunub. FAO-nun və Ümumdünya Səhiyyə Təşkilatının 2023-cü ildə apardığı qiymətləndirmədə ölkəmizin qida təhlükəsizliyi sistemində kritik boşluqlar aşkarlanmayıb. Kodeks Alimentarius Komissiyasının Avropa üzrə Regional Koordinasiya Komitəsinə koordinatorluq üçün Azərbaycanın namizədliyinin 52 üzv tərəfindən yekdilliklə dəstəklənməsi də ölkəmizə göstərilən etimadın mühüm ifadəsidir. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ( AQTA) sədri Qoşqar Təhməzli 16 Oktyabr - Ümumdünya Qida Gününə həsr olunmuş "Bu gün innovasiya et, sabahın qidasını təmin et” adlı tədbirdə çıxış edərkən deyib.