Azərbaycan Dövlət İnformasiya Agentliyi

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır

16.10.2026 [12:55]

Xəbərin mətni

İstər sahibkarlıq strukturlarında, istərsə də müxtəlif dövlət orqanlarında kütləvi qidalanmanın təşkili zamanı ictimai iaşə müəssisələri qida norma və qaydalarına, sanitar-gigiyenik rejimə çox ciddi əməl etməlidir. Qida zəhərlənməsi halları, təəssüf ki, davam edir. Bu da insanların səhhətinə çox mənfi təsir göstərir. Bunu AZƏRTAC-ın əməkdaşının sualına cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.