Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır

16.10.2026 [13:29]

Xəbərin mətni

Yeni texnologiyaların və Azərbaycan jurnalistikasının inkişafı ilə bağlı qarşımızda kifayət qədər ciddi çağırışlar dayanır. Mən əminəm ki, yeni tərkib və yeni heyət bu çağırışlara ən yüksək səviyyədə cavab verəcək. Azərbaycan Mətbuat Şurası bundan sonra da öz fəaliyyətini milli jurnalistikanın inkişafı istiqamətində uğurla davam etdirəcək və birlikdə bir çox maraqlı layihələrə imza atacaq. Bu sözləri jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Azərbaycan Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu deyib.