Azərbaycan Dövlət İnformasiya Agentliyi

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var

16.10.2026 [13:47]

Xəbərin mətni

Bu gün FAO-nun yaradılmasından 81 il ötür. Bu müddət ərzində ərzağın əlçatanlığının təmin edilməsi, ərzaq istehlakının yaxşılaşdırılması və hər kəsin sağlam qidalanma imkanlarına çıxışının təmin olunması istiqamətində böyük irəliləyişlər əldə etmişik. Bütün bunlar insanların cəmiyyətin və iqtisadiyyatın məhsuldar üzvləri kimi fəaliyyət göstərməsi üçün mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, qarşımızda hələ də çoxsaylı çağırışlar var. Bu fikirləri jurnalistlərə müsahibəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat deyib.