Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi - REPORTAJ

16.10.2026 [13:59]

Xəbərin mətni

Şəki Tarix-Diyarşünaslıq Muzeyinin əsası 1925-ci ildə qoyulub. Zəngin eksponatları ilə seçilən muzey Şəkinin, bölgənin, eləcə də ümumilikdə Azərbaycanın tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında müfəssəl məlumat verir. Mədəniyyət ocağı Şəki Qala divarları daxilində, XIX əsrin ortalarında yerli və Avropa memarlıq elementlərinin sintezi əsasında inşa edilmiş tarixi binada yerləşir. Binada 2022-2024-cü illərdə Dövlət Turizm Agentliyinin sifarişi ilə bərpa və konservasiya işləri həyata keçirilib.