Bağçadan məktəbə keçid: interaktiv oyunlar uşaqların yeni mühitə uyğunlaşmasını asanlaşdırır
16.10.2026 [16:31]
Xəbərin mətni
Məktəbəqədər təhsil müəssisəsindən ibtidai sinfə keçid uşaqların həyatında mühüm mərhələlərdən biridir. Bağçada daha çox oyun, sərbəst fəaliyyət və ünsiyyət vasitəsilə öyrənən uşaqlar məktəbdə təhsilə başladıqda yeni qaydalara, dərs rejiminə və nizam-intizam tələblərinə uyğunlaşmalı olurlar. Bu mərhələdə müəllimin fərdi yanaşması, interaktiv təlim üsulları və qısa istirahət fasilələri uşaqların məktəb mühitinə alışmasına, dərsə marağının artmasına və öyrənmə prosesində fəal iştirakına kömək edir. Bu sözləri AZƏRTAC-a müsahibəsində 276 nömrəli məktəbin ibtidai sinif müəllimi İlahə Piriyeva deyib