Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərişıq”: Süni intellektin tətbiqi şəraitində hələ də fiziki hazırlıqlı işçilərə ehtiyacımız var

16.10.2026 [18:56]

Xəbərin mətni

Hadrut qəsəbəsində "Yeni nəsil energetiklər, Şəbəkənin memarları” ümumrespublika yarışlarının final mərhələsi keçirilir. Yarışlar elektrik şəbəkələrində çalışan mütəxəssislərin peşə bacarıqlarının artırılması, regionlararası təcrübə mübadiləsinin genişləndirilməsi və gənc energetiklərin peşəyə marağının gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu sözləri “Azərişıq” ASC sədrinin birinci müavininin müşaviri Araz Məmmədzadə jurnalistlərə açıqlaması zamanı deyib.