Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində Azərbaycan dili magistratura səviyyəsində tədris olunacaq

16.10.2026 [21:20]

Çinin dövlət qurumları, xüsusən də Xarici İşlər Nazirliyi üçün kadrlar hazırlayan Pekin Xarici Dillər Universitetində (PXDU) Azərbaycan dili kafedrası 2016-cı ildə yaradılıb. Çinin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci və 2023-cü ildə Azərbaycan dili ixtisasına qəbul aparılıb. İlk buraxılış 2022-ci ildə olub. Hazırda 8 tələbə bakalavriat səviyyəsi üzrə 4-cü kursda təhsil alır. Növbəti tədris ilindən Azərbaycan dili bu ali təhsil ocağında magistratura pilləsində də tədris olunacaq.