Dövlət Proqramı məzunları üçün karyera sərgisi: 150-dən artıq boş iş yeri təklif edilir
19.10.2026 [14:02]
Xəbərin mətni
Xaricdə təhsil üzrə Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib. Tədbir Dövlət Proqramı İdarəetmə Qrupu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub. Sərgidə dövlət və özəl sektoru təmsil edən 40-dan çox qurum tərəfindən 150-dən çox vakansiya təqdim edilir.