Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdərədə 868 ev təsərrüfatı və 68 biznes subyekti yüksəksürətli internetlə təmin olunub

19.10.2026 [17:31]

Xəbərin mətni

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən Ağdərə rayonunda telekommunikasiya infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir. Bu barədə “Aztelekom” MMC-nin mətbuat katibi Alidə Mustafayeva Ağdərə rayonunun Həsənriz kəndində jurnalistlərə müsahibəsində bildirib.