Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Fransada baş verənlər Avropa institutlarındakı ikili standartları üzə çıxarır

20.10.2026 [14:41]

Xəbərin mətni

Fransada dərinləşən sosial narazılıqlar və vətəndaşlarla siyasi hakimiyyət arasında artan etimadsızlıq Avropa institutlarının demokratiyaya və insan hüquqlarına münasibətini yenidən gündəmə gətirir. Avropadan kənarda baş verən hadisələrə sərt reaksiyalar verən, qətnamələr qəbul edən qurumların Fransadakı proseslərə münasibətdə passiv mövqe sərgiləməsi suallar doğurur. İnsan hüquqlarının müdafiəsini prioritet elan edən Avropa institutları niyə öz daxilində baş verənlərə eyni həssaslıqla yanaşmır? Bu barədə politoloq Amid Əliyev AZƏRTAC-a açıqlama verib.