Zəngilan Şəhəri Günündə sakinlər doğma yurda qayıdış sevincini bölüşüblər
20.10.2026 [19:39]
Xəbərin mətni
Zəngilan şəhərində həyat yenidən canlanır. Uzun illər doğma yurdunun həsrəti ilə yaşayan sakinlər bu gün öz torpaqlarında, doğma şəhərlərində Zəngilan Şəhəri Gününü qeyd etməyin sevincini yaşayırlar. Bir tərəfdə işğal illərinin acı izlərini daşıyan dağıntılar, digər tərəfdə isə yenidən qurulan şəhər, salınan yaşıllıqlar və canlanan həyat görünür. Doğma yurda qayıdan sakinlər üçün illərin həsrəti artıq geridə qalıb, yeni həyat başlayıb.