Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özge Özkan: ASAN ilə əməkdaşlığımızı strateji tərəfdaşlığın başlanğıcı kimi görürük

21.10.2026 [13:41]

Xəbərin mətni

Biz ASAN ilə əməkdaşlığımıza yalnız bu günün ehtiyaclarına cavab verən təlim tərəfdaşlığı kimi deyil, gələcəyə yönəlmiş daha böyük və strateji əməkdaşlığın başlanğıcı kimi baxırıq. Bunu Türkiyənin Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin beynəlxalq işgüzar əlaqələrin inkişafı üzrə meneceri Özge Özkan ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illiyi ilə bağlı hesabat tədbirində çıxışı zamanı deyib.