Azərbaycan Dövlət İnformasiya Agentliyi

ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri: 5 ildə 35 mindən çox vətəndaşa 850-dən artıq təlim keçmişik

21.10.2026 [13:43]

Xəbərin mətni

Bu gün ASAN İnnovativ İnkişaf Mərkəzinin beşillik yubiley tədbiri keçirilir. Fəaliyyətimiz ərzində 35 mindən çox vətəndaşa 150-dən artıq mövzuda 850-dən çox təlim, vörkşop və seminar təşkil edilib. Əsas istiqamətimiz zəngin “ASAN xidmət” təcrübəsi üzərində dizayn olunan yumşaq bacarıqlar təlimləridir. Buraya vətəndaş məmnuniyyətində ASAN modeli, duyğuların və zamanın idarəolunması, ünsiyyət bacarıqları və digər təlimlər daxildir. Bunu jurnalistlərə açıqlamasında ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova deyib.