Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Altıncı sosial islahat paketinin hazırlanması işləri aparılır

23.10.2026 [12:06]

Xəbərin mətni

Müasir dünyada rəqəmsal transformasiyanın, məlumatəsaslı qərar qəbul etmənin əhəmiyyətinin artdığı, süni intellektin tətbiqinin genişləndiyi bir vaxtda “Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusuna həsr olunmuş bugünkü tədbir dövlət-vətəndaş münasibətlərinin inkişafı baxımından xüsusi önəm daşıyır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.