İran səfiri: İƏT çərçivəsində keçirilən görüş İslam ölkələrinin korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq etmək istəyini göstərir
28.10.2026 [17:01]
Xəbərin mətni
Hazırda dünyada cinayətkarlığa qarşı mübarizə yalnız bir dövlətin ərazisində həyata keçirilə bilməz. Bütün dünya bu mübarizəni mütəşəkkil və koordinasiyalı şəkildə aparmalıdır. Bunu İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.