Nazir: Doqquz ayda 11 milyard manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilib
30.10.2026 [13:48]
Xəbərin mətni
Aqrar sahədə həyata keçirilən tədbirlərin nəticələri kənd təsərrüfatı istehsalının göstəricilərində də öz əksini tapır. Belə ki, bu ilin yanvar–sentyabr aylarında ölkəmizdə 11 milyard manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilib. AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə keçirilən tədbirdə deyib.