Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məcnun Məmmədov: Qarabağ və Şərqi Zəngəzurdakı müasir təsərrüfatlar yeni imkanlar yaradır

30.10.2026 [13:49]

Xəbərin mətni

Qarabağ və Şərqi Zəngəzurda müasir təsərrüfatların yaradılması, istehsal infrastrukturunun inkişafı və torpaq ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi ölkəmiz üçün yeni imkanlara səbəb olur. AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə keçirilən tədbirdə deyib.