Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lətif Qasımov: Aqrar sahənin rəqəmsallaşdırılması və müasir suvarma sistemlərinin genişləndirilməsi məhsuldarlığı artıracaq

30.10.2026 [13:56]

Xəbərin mətni

Kənd təsərrüfatı Azərbaycanın qeyri-neft sektorunun əsas sahələrindən biridir. Dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı, tətbiq olunan güzəştlər, subsidiyalar və müasir texnoloji həllər ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təmin olunmasına xidmət edir. Bu sözləri Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə keçirilən tədbirdə deyib.